İsrail Qərb Sahilində 3 yeni briqada yerləşdirdi
Fev 21, 2025 10:50 Asia/Baku
Sionist rejimi ordusu Tel-Əvivdə üç avtobusun partladılmasından sonra Qərb Sahilindəki qüvvələrini gücləndirmək məqsədilə üç yeni briqada yerləşdirib. Bombalardan birinin təxminən 5 kiloqram ağırlığında olduğu və bu gün, Cümə günü saat 9:00-da 15 avtobusda partlayışa səbəb olacağı xəbər verilir. Deyilənə görə, bu hadisə əməliyyat xarakterli imiş.