Mart 02, 2025 14:28 Asia/Baku
  • HƏMAS: işğalçı rejim Trampın planına arxalanaraq, atəşkəs razılaşmasını icra etməkdən yayınır

HƏMAS sözçüsü işğalçı rejimin ABŞ prezidenti Donald Trampın qeyri-məhdud dəstəyi fonunda atəşkəs razılaşmasının bəndlərini yerinə yetirməkdən boyun qaçırdığını bildirib.

Hazim Qasim deyib: "İşğalçılar humanitar yardım protokolunu yerinə yetirmək, ikinci mərhələ danışıqlarına girmək  və ya bu gündən etibarən geri çəkilməli olduğu Filadelfiya istiqamətindən geri çəkilmək kimi bir sıra bəndlərdə atəşkəs razılaşmasını pozub". 

O, əlavə edib: "İşğalçı rejim Amerika prezidentinin Qəzzə zolağının sakinlərini köçürmək planları və HƏMAS hərəkatını təhdid etməklə yaratdığı atmosferdən faydalanmağa çalışır".

HƏMAS sözçüsü vurğulayıb ki, işğalçılar ikinci mərhələdə öz şərtlərini sərtləşdirməyə və bu mərhələnin şərtlərini yerinə yetirməkdən yayınmağa çalışır və bu mərhələdə işğalçı rejimdən Qəzzə zolağından tamamilə geri çəkilmək və müharibəyə qayıtmamaq öhdəliyi tələb olunmalıdır". 

Hazım Qasim qeyd edib ki, razılaşmanın müxtəlif mərhələləri həyata keçirilməlidir. İşğalçılar müharibəni dayandırmadan və Qəzzə zolağından tamamilə geri çəkilmədən əsirlərini azad etməyə çalışırlar və bu, işğalı davam etdirməyin bir formasıdır. 

O, birinci mərhələnin uzadılmasının HƏMAS üçün tamamilə qəbuledilməz olduğunu vurğulayaraq, razılaşmada nəzərdə tutulduğu kimi ikinci mərhələ üçün ciddi şəkildə danışıqlara başlamağın zəruri olduğunu, bunun tam geri çəkilməyə və döyüşlərə qayıtmayacağına dair öhdəliyinə səbəb olacağını vurğulayıb.

HƏMAS sözçüsü vasitəçiləri işğalçıları ikinci mərhələ danışıqlarına girməyə və humanitar protokolu həyata keçirməyə məcbur etməyə çağırıb.