Mart 08, 2025 17:36 Asia/Baku

Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, Suriyanın müvəqqəti hökumətinin təhlükəsizlik qüvvələri etirazçılarla şiddətli toqquşmalarla eyni zamanda Laziqiyyə vilayətində 52 ələvini edam ediblər.

Suriya İnsan Haqları Müşahidə Qrupu tərəfindən verilən məlumata əsasən, Suriyanın müvəqqəti hökumətinin təhlükəsizlik qüvvələri Laziqiyyə vilayətinin çölündə Əl-Şir və Əl-Muxtariyyə qəsəbələrində ələvi azlığına mənsub 52 gənc kişi və qadını edam ediblər.

Eyni zamanda müvəqqəti hökumətindəki mənbə bu hadisələr haqda ətraflı məlumat vermədən bildirib ki, Laziqiyyədə təhlükəsizlik qüvvələri tərəfindən fərdi qayda pozuntuları baş verib.

Sosial şəbəkə istifadəçilərinin Suriyanın müvəqqəti hökumətinə bağlı silahlı şəxslərin ələvi təriqətinə mənsub suriyalı ailələri və gənc kişiləri kütləvi şəkildə edam etdiklərini əks etdirən videolar paylaşıblar.

Suriya İnsan Haqları Müşahidə Qrupu Laziqiyyə vilayətində cəsədlərin üst-üstə yığıldığını və qurbanların ailə üzvlərinin ifadələrini əks etdirən bir neçə klipi təsdiqləyib.

Həmçinin, digər kliplər Əl-Colaniyə bağlı silahlı şəxslərin mülki geyimlə və yaxın məsafədən mülkilərə atəş açdığını göstərir.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, martın 6-dan bəri təhlükəsizlik əməliyyatları nəticəsində 76-dan çox Suriya vətəndaşı həlak olub.

Suriyanın qərbində, o cümlədən Laziqiyyə və Tərtus şəhərlərində insanlar cümə axşamı gecə saatlarından ayağa qalxıblar və Əl-Colani ləqəbi ilə tanınan Əhməd Əş-Şərin başçılıq etdiyi Suriyanın yeni hökumətinin siyasətlərinə qarşı etiraz aksiyası keçiriblər.