Mart 10, 2025 15:23 Asia/Baku
  • Müqavimət olmasa, Livan qalacaqmı? Suriyanın bölünməsinə dair güclü əlamətlər var

Livan Hizbullahının baş katibi bildirib ki, Livandakı Müqavimət yaralar almasına, çətinliklərə dözməsinə və böyük itkilər verməsinə baxmayaraq, güclü və qətiyyətli olaraq qalır.

Şeyx Nəim Qasim Əl-Minara müsahibəsində müqavimət olmazsa, ümumiyyətlə Livan qalacaqmı? sualını ünvanlayaraq, deyib: "Biz israillilərə deyirik ki, Livanın cənubunda bəzi mövqelərdə qalsanız belə, müqavimət sizin orada qalmağınıza imkan verməyəcək".

Şeyx Nəim Qasim qeyd edib ki, Müqavimət köklü və əsildir və xüsusilə də döyüş meydanında davam edir və heç vaxt dayanmayacaq, çünki müqavimət dayansa, Livanın mövcudluğu da dayanacaq". 

Hizbullah lideri xalqın şəhidlər Seyid Həsən Nəsrullah və Seyid Haşim Safiyəddinin dəfn mərasimləri zamanı xalqın iştirakını “Müstəsna” adlandırıb və deyib: "Mən xalqdan istəyirm indiyə kimi başlarını uca tutduqları kimi, bundan sonra da belə qalasınlar, çünki onlar Seyid Həsən Nəsrullahın övladlarıdırlar". 

Hizbullah lideri Suriyanın sabitliyinə ümid etdiyini bildirib və xəbərdarlıq edib ki, Suriyanın bölünməsinə dair güclü əlamətlər var.

O, deyib: "Belə bir bölünmənin baş verib-verməyəcəyi qeyri-müəyyən olsa da, biz bunun Suriya xalqının maraqlarına uyğun olmadığını vurğulayırıq".