Ənsarullah:
Qəzzənin mühasirəsini İsrailin mühasirəsi ilə əvəz edəcəyik
Yəmənin Ənsarullahı hərəkatın liderinin Qəzzənin keçidlərinin açılması və Zolağa humanitar yardımların buraxılması üçün təyin etdiyi müddətə toxunaraq, Yəmən ordusunun sionist rejimə qarşı əməliyyatları bərpa etməyə tam hazır olduğunu bildirib və Qəzzənin mühasirəsini sionist rejimin mühasirəsi ilə əvəz edəcəyi ilə hədələyib.
Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik Əl-Husinin sionist rejimə keçidlərin açılması və Qəzzə zolağına humanitar yardımların köçürülməsi üçün verdiyi ultimatum bu gün çərşənbə axşamı bitəcək və əgər sionist rejim Əl-Husinin bu ultimatuma məhəl qoymazsa, rejimə qarşı hərbi dəniz əməliyyatları bərpa ediləcək.
Ənsarullah hökumətinin Müdafiə Nazirliyinin siyasi və hərbi analitiki briqada generalı Əhməd Əl-Zubeyri deyib: "Yəmən ordusu öz hazırlığını artırıb və ilk olaraq, dənizdən və sionist rejimlə əlaqəsi olan gəmiləri hədəfə almaqla başlayaraq, bu rejimə qarşı hərbi əməliyyatları bərpa etməyə tam hazırdır".
O, əlavə edib: "Əgər keçidlər açılmasa və Qəzzəyə humanitar yardımlar daxil olmasa, Ənsarullah liderinin fərmanını yerinə yetirməyə tam hazırdır və Qəzzənin mühasirəsini sionist rejimin mühasirəsi ilə əvəz edəcək və bütün dünya dəniz əməliyyatının şahidi olacaq".