Mart 15, 2025 11:48 Asia/Baku
  • Həmas ABŞ ilə Avropanın «Əl-Əqsa» telekanalının yayımını kəsmələrini pisləyib

Həmas islami müqavimət hərəkatı Amerika ilə Avropanın «Əl-Əqsa» peyk telekanalının bütün beynəlxalq peyklərdən silinməsi barədəki birgə qərarını kəskin tərzdə pisləyib və onu Fələstin xalqının öz səsini dünyaya çatdırmaq üzrə qanuni haqqının və media azadlığının aşkar şəkildə pozulması adlandırıb.

Həmas bunu həm də ABŞ və Avropanın Fələstin xalqının səsini kəsmək üzrə səyi adlandırıb.

Həmas-ın bəyanatında belə deyilir: Bu qəddarcasına qərar, işğalçıların cinayətlərini, həmçinin Fələstin xalqının əzablarını dünya xalqlarına əks etdirən müstəqil fələstinli medialara qarşı birbaşa hücumdur.

Bəyanatda qeyd olunur ki, bu addım, sionistlərin mütəşəkkil terrorizminin əsl simasını ifşa edən tribunaların söndürülməsi və söz azadlığının yatırılması istiqamətində atılır. Bildirilir ki, bu, həmçinin Qəzzədə fəaliyyət göstərən jurnalistlərə qarşı ardıcıl hücumlar, həmin bölgə hadisələrinin işıqlandırılması sahəsində beynəlxalq mediaların məhdudlaşdırılması və Fələstin rəvayətinin senzura edilməsi istiqamətində yürüdülən məqsədyönlü siyasətlərin bir hissəsidir.