Qəzzədə dörd fələstinli uşaq şəhid olub
Mart 15, 2025 14:47 Asia/Baku
Sionistlərin dünən axşam Qəzzənin müxtəlif bölgələrinə qarşı hücumları nəticəsində azı dörd fələstinli uşaq şəhid olub, altmış nəfər də yaralanıbdır.
Sionist rejim Qəzzə zolağının şimalında bir qrup fələstinliyə qarşı raket hücumunda bu cinayəti törədib. Şəhidlərin cənazələri Əl-Muəmmədani xəstəxanasına çatdırılıb.
Sionist rejim başqa bir cinayətdə pilotsuz helikopterlə Qəzzənin şimalındakı məktəbə mərmilər atıb.
Həmçinin sionist rejim tanklarının Rəfəhin mərkəzinə qarşı atışı zamanı altı fələstinli yaralanıb. Bir fələstinli də Rəfəhin şərqində top mərmisi atışı nəticəsində yaralanıb.