Livan Hizbullahı dünyaya çağırış etdi
Təşkilat Amerikanın Yəmənə hücumunu pisləyib
Livan Hizbullah Hərəkatı bəyanat yayaraq Amerikanın Yəmənə hücumunu pisləyib.
Bəyanatda deyilir: “Bu vəhşi təcavüz Qəzzənin ədalətsiz blokadasını aradan qaldırmaq və oraya humanitar yardım çatdırmaq üçün Yəmən xalqını Fələstin xalqına dəstəkdən əl çəkməyə məcbur etmək üçün cəhddir. Sənanın yaşayış məntəqələrinə və bir sıra əyalət şəhərlərinə edilən hücum onun regiondakı təkəbbürlü siyasətinə qarşı çıxanlara terror həyata keçirən Amerika administrasiyasının əsl simasını ortaya qoyur”.
Bəyanatda Hizbullah ABŞ-ın hərəkətlərini müharibə cinayəti və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib, qeyd olunur: “Dünyanın bütün azad xalqlarını BMT-nin susqunluğunu pisləyərək, Yəmənin və onun xalqının müdafiəsi üçün səslərini ucaltmağa çağırırıq”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ qüvvələri Yəmən xalqına qarşı genişmiqyaslı əməliyyata başlayıb. Bu hücumlarda onlarla günahsız insan şəhid olub və yaralanıb.
ABŞ-Britaniya cütlüyünün məlum cinayətlərinə cavab olaraq, Yəmən ordusu Qırmızı Dənizdə ABŞ-ın Harri Truman təyyarədaşıyan gəmisini və esmineslərini ballistik raket və PUA-ları ilə hədəfə alıb. Bundan əlavə Yəmən ordusu bildirib ki, İsrail rejiminin ticarət gəmiləri ilə yanaşı bundan sonra Amerikanın da ticarət gəmiləri hədəflər sırasında olacaq