Yəmən silahlı qüvvələri: Qırmızı dənizdə ABŞ hərbi gəmilərini hədəfə aldıq
Yəmən silahlı qüvvələrinin sözçüsü bu gün səhər saatlarında bir bəyanat yayıb. Bildirib ki, Qırmızı dənizin şimalında yerləşən «Harri Trumen» amerikan təyyarədaşıyan gəmisini iki ədəd qanadlı raket və iki ədəd PUA ilə hədəfə alıblar.
Bir ABŞ esminesinə bir qanadlı raket və dörd pilotusuz uçuş aparatı ilə hücum etdiyini deyən Yəmən silahlı qüvvələri qeyd edib ki, ötən 48 saat ərzində üçüncü dəfədir ki, «Harri Trumen» təyyarədaşıyan gəmisi hədəfə alınır.Yəmən ordusu bildirib ki, bu ölkəyə qarşı tədarük olunmuş geniş hava hücumunu uğursuz qoyub və Amerika hərbi gəmiləri Qırmızı dənizin şimalına doğru geri çəkiliblər.Amerika toqquşmalar dairəsinin genişlənməsi və Qırmızı dənizin hərbiləşməsindən irəli gələn bütün nəticələrdə məsuliyyət daşıyacaq- deyə, Rəsmi Səna vurğulayıb.
Amerikanın Yəmən əleyhinə təcavüzlərinin davam etməsinin beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə mənfir təsir göstərəcəyi haqda xəbərdarlıq edən Yəmən silahlı qüvvələri vurğulayıbdır ki, bu ölkəyə qarşı təcavüzlərin kəsiləcəyi zamanadək Qırmızı və Ərəb dənizlərində düşmən hədəflərə qarşı hücumları davam etdirəcək.Sözügedən bəyanatla bir zamanda, Yəmən Ənsarullah hərəkatının rəhbəri Seyid Əbdülməlik Əl-Husi belə söyləyib: Silahlı qüvvələrimizin amerikan aviadaşıyıcısı ilə toqquşmasından sonra bu gəmi Qırmızı dənizin 1300 kilometrlik məsafədə olan ən ucqar şimal nöqtəsinə geri çəkilib.Bizim silahlı qüvvələr düşmənlərin ölkəyə qarşı təcavüzkarcasına hücumunu dəf ediblər- deyə, Yəmən Ənsarullah hərəkatının lideri vurğulayıb.