HƏMAS Netanyahu rejiminə xəbərdarlıq etdi
"Qəzzəyə qarşı qəddar təcavüzə görə o, məsuliyyət daşıyır"
İşğalçı İsrail rejiminin Qəzzə zolağına qarşı yeni hücumlarına cavab olaraq HƏMAS bu təcavüzün nəticələrinə görə Netanyahu hökumətinin tam məsuliyyət daşıdığını bildirərək, BMT Təhlükəsizlik Şurasının təcili tədbirlər görməsinə çağırıb.
Qəzzəyə yeni hücumlar regionda gərginliyin kəskin şəkildə artdığına, bölgədə humanitar vəziyyət və insan haqlarının pozulmasına görə beynəlxalq narahatlıqları pik həddə çatdırıb.Qeyd edək ki, sionist İsrailin Qəzzəyə yeni hava zərbələri nəticəsində 113 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb. Netanyahu iddia edir ki, İsrail HƏMAS-ın guya atəşkəs təkliflərini rədd etdiyi üçün hərbi əməliyyatları bərpa edib.Beləliklə də İsrailin Qəzzə zolağına aviazərbələri davam edir və ərazidə qaniçən rejimin kəşfiyyat və döyüş təyyarələrinin geniş uçuşları müşahidə olunub.Təhlilçilər hesab edirlər ki, münaqişənin davam etməsi Qəzzədə humanitar böhranın kəskinləşməsinə və beynəlxalq səviyyədə gərginliyin artmasına səbəb olacaq.