Mart 19, 2025 11:50 Asia/Baku
  • Fələstinli qaçqınların çadırları yenidən bombalandı

Xəbər mənbələri İsrail rejiminin Qəzz' zolağının cənubundakı fələstinli qaçqın çadırlarını növbəti dəfə bombaladığını bildiriblər.

SƏMA xəbər agentliyinin məlumatına görə, sionist rejim qırıcıları çərşənbə günü səhər saatlarında Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərində fələstinli qaçqınların çadırlarını bombalayıb.

Sionistlərin bu cinayətində bir neçə fələstinli, o cümlədən bir ana və övladı şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Bu cinayət nəticəsində şəhid olanlar və yaralananlar Nasir Xan Yunus Xəstəxanasına yerləşdirilib.

Sionist rejimin döyüş təyyarələri də bir neçə dəfə Qəzzə şəhərini və Qəzzə zolağının şimalındakı Cebaliyyə düşərgəsini bombalayıblar.