Mart 26, 2025 13:00 Asia/Baku
  • Yəmən ordusu 2 böyük əməliyyat həyata keçirdi

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri iki əməliyyat barədə məlumat verib; biri Amerika döyüş gəmilərinə qarşı, digəri isə Təl-Əvivdə.

Yəhya Sərinin açıqlamasında bildirilir: Raket qüvvələri, PUA-lar ilə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ötən saatlarda müştərək hərbi əməliyyat keçirib, bu müddət ərzində Qırmızı dənizdə düşmənin hərbi gəmiləri, xüsusilə də ölkəmizə qarşı hücumlar həyata keçirən ABŞ-ın “USS Harry S. Truman təyyarədaşıyan gəmisi hədəfə alınıb.Qarşıdurma bir neçə saat davam edib və silahlı qüvvələr ölkənin effektiv müdafiəsini davam etdirir və əməliyyat bölgəsində baş verən müxtəlif hadisələrə məsuliyyətlə yanaşır.Bundan əlavə Hərbi Hava Qüvvələri bir neçə PUA ilə işğal olunmuş Yaffa (Təl-Əviv) ərazisində düşmənin hərbi obyektlərini uğurla vurub.