Yəmən səmasında ABŞ-ın daha bir PUA-sı ovlanıb
Yəmən silahlı qüvvələrinin sözçüsü ABŞ-ın daha bir qabaqcıl pilotsuz təyyarəsinin Yəmən səmasında vurulduğunu açıqlayıb.
Briqada-generalı Yəhya Səri bazar ertəsi günü bildirib ki, bu ölkənin hava hücumundan müdafiə qüvvələri Həccə valiliyinin hava məkanında ABŞ-a məxsus MQ-9 pilotsuz təyyarəsini uğurla vurub.
Yəhya Səri ABŞ-ın Yəmənə qarşı təcavüzkar hücumlarına toxunaraq, deyib: "Silahlı Qüvvələr bir daha vurğulayır ki, onların hərbi imkanları təsirlənməyib və ABŞ-ın ölkəmizə qarşı davam edən təcavüzü yalnız daha çox məyusluq və uğursuzluq gətirəcək".
Bu, son iki həftədə Yəmən səmasında vurulan dördüncü MQ-9 pilotsuz təyyarəsidir və Yəmən ordusunun ABŞ və İsrail rejiminə qarşı əməliyyatları başlayandan bəri vurulan Amerikanın on doqquzuncu bu tip pilotsuz təyyarəsidir.