ABŞ məqsədlərinə çatmaqda nakam qalıb; Ənsarullah qarşılıq verir
Bir ərəb mediası ABŞ-ın Yəmənə təcavüzlərinə toxunaraq, Vaşinqtonun məqsədlərinə çatmaqda nakam qaldığını bildirib və yazıb: "Ənsarullah hərəkatı qarşılıq vermə və qisas siyasətini yürüdür və bu hücumlar kəskinləşdikcə, hərəkat da öz hücumlarını kəskinləşdirir".
Əl-Ərəbi Əl-Cədid nəşri "ABŞ-ın Yəmənə təcavüzündən bir ay sonra: Çəkindirmə strategiyası öz məqsədlərinə çatmır" başlıqlı məqaləsində yazıb: "Donald Trampın göstərişi ilə martın 15-də ABŞ-ın Yəmənə qarşı təcavüzü başladı və Yəmənin şimal və qərbində Ənsarullah hərəkatının nəzarəti altında olan ərazilərə hava zərbələri endirildi".
Bu tendensiya artan sürətlə davam etdi və bu hücumlar həm gündəlik sayına görə, həm də hədəflənən ərazilərin coğrafi baxımdan genişlənməsinə görə şiddətləndi. ABŞ-ın bu hücumları Ənsarullahın Qəzzəyə dəstəyinə xatir həyata keçirilir Səna işğalçılar Qəzzəyə qarşı təcavüzü bərpa etdikdən və atəşkəs razılaşmasına əməl etməkdən imtina etdikdən sonra öz hücumlarını bərpa etdi və Yəmən qüvvələri dəfələrlə işğal olunmuş əraziləri raketlərlə hədəfə alıblar, həmçinin Qırmızı dənizdə ABŞ-ın təyyarə daşıyan gəmiləri ilə toqquşublar.