İsrail ordusunda görünməmiş böhran;
Sionist əsgərlər arasında fərarilik halları artır - TƏHLİL
Sionist rejim hərbçiləri arasında geniş yayılmış narazılıq və itaətsizliyin artmasının ardından orduda görünməmiş böhran yaranıb.
Hərbi Hava Qüvvələri pilotlarının və məlum petisiyaya qoşulan veteranların etiraz məktubu İsrail hökuməti üçün həyəcan təbili çalmaqla yanaşı bu mövzu Netanyahuya sədaqətin azaldığını göstərir.
Müşahidəçilər hesab edirlər ki, böhran təkcə İsrailin hərbi qabiliyyətini zəiflətməyəcək, həm də dərin siyasi və sosial nəticələrə səbəb ola bilər. Hərbçilər hökumətin siyasətindən və müharibə şəraitindən narazıdırlar.
Deyilənlərə görə, Qəzzə müharibəsinin yenidən başlaması və itkilərin artması ilə İsrail hərbçiləri arasında narazılıq pik həddə çatıb. Xüsusilə orta rütbəli və ehtiyatda olan bir çox hərbi qulluqçu hökumətə inamsızlıq və missiyalarının mənasızlığı səbəbindən xidmətə qayıtmaqdan imtina edirlər.
Bununla əlaqədar hətta son aylarda 2000-dən çox İsrail əsgəri ordunu tərk edib. Bundan əlavə Hərbi Hava Qüvvələrinin pilotları və veteranları Qəzzə müharibəsinin dayandırılması tələbi ilə etiraz petisiyasına qoşulublar.
Beləliklə də Netanyahu orduda misli görünməmiş narazılıqla üzləşib və əsgərlərin döyüş meydanında olmaması ordunun əməliyyat imkanlarını məhdudlaşdırır.
Analitiklər hesab edirlər ki, bu tendensiyanın davam etməsi İsrail cəmiyyətində daha dərin böhrana səbəb ola bilər. Xüsusilə hərbçi ailələri arasında sosial və iqtisadi narazılıqlar hərbi xidmətə olan həvəsin azalmasına və daxili gərginliyin artmasına gətirib çıxaracaqdır. Bu vəziyyət, xüsusən də İsrail rejiminin təhlükəsizlik və iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda vətəndaş müharibəsinə yol aça bilər. Təsadüfi deyil ki, işğalçı rejimin keçmiş baş naziri Ehud Olmert xəbərdarlıq edib ki, İsrail görünməmuş şəkildə vətəndaş müharibəsinə yavarlanır və üfüqdə qanlı xaos təhlükəsi görünür.