ABŞ-ın Yəmənə qarşı hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i419983-abŞ_ın_yəmənə_qarşı_hava_hücumları_davam_edir
Yəmənin müxtəlif bölgələri bir daha Amerikanın hava təcavüzü hədəflərinə çevriliblər.
(last modified 2025-05-01T06:32:09+00:00 )
May 01, 2025 10:29 Asia/Baku
  • ABŞ-ın Yəmənə qarşı hava hücumları davam edir

Yəmənin müxtəlif bölgələri bir daha Amerikanın hava təcavüzü hədəflərinə çevriliblər.

Amerikanın hərbi təyyarələri bu gün səhər saatlarında üç dəfə Yəmənin şimalında yerləşən Səədə əyalətinin Kətaf şəhərini bombalayıblar.

Təcavüzkar amerikan qırıcılar dünən axşam da Yəmənin qərbində yerləşən Əlhudəydə əyalətindəki Əlhuk rayonunu bombalayıblar.

Amerikanın martın on beşindən bəri Yəmənin müxtəlif bölgələrinə qarşı hava və raket hücumları qadın və uşaqlar daxil olmaqla, 217 yəmənli mülkinin şəhid olması, 436 nəfərin də yaralanması ilə nəticələnib.