Qəsb olunmuş Qüdsün qərbində yanğın; 10 min qəsəbə sakini sərgərdan olub
İşğal olunmuş Qüdsün ətrafındakı dağlıq bölgələrdə baş verən şiddətli və davamlı yanğınlardan sonra sionist rejim başçıları doqquz sionist qəsəbəni tam şəkildə boşaltmaq və on min nəfərdən çox sionisti təxliyə etmək məcburiyyətində qalıbla.
Sionist rejim başçıları İşğal olunmuş Qüds şəhərinin qərbində baş verən geniş yanğından sonra fövqəladə vəziyyət elan ediblər.
Məlumatlara əsasən, indiyədək on altı qəsəbə sakini bu yanğın nəticəsində bədən xəsarəti alıb. Yanğınsöndürənlər kəskin istilər və güclü küləklər səbəbindən, yanğının söndürülməsində ciddi problemlərlə üzləşirlər.
Bəzi ibridilli medialar da sionist rejimin daxili təhlükəsizlik təşkilatı olan ŞABAK-dakı mənbələrə istinadla bildiriblər ki, Qüdsdə baş verən yanğın qəsdən törədilib və indiyə kimi, üç nəfər bu yanğında əli olmaq ittihamı ilə həbs edilib.