ABŞ bir daha Yəmənə təcavüz edib; Səədə beş dəfə bombalanıb
May 02, 2025 13:21 Asia/Baku
Təcavüzkar ABŞ qırıcıları bir daha Yəmənə qarşı hava hücumları və bombardmanlarını bərpa ediblər.
Amerikalıların Yəmənə qarşı hücumlarının bu mərhələsində Yəmənin şimalında yerləşən Səədə şəhərinin ətrafı beş dəfə hücuma məruz qalıb.
İndiyə kimi bu hücumların ehtimal üzrə törətdikləri tələfat və xəsarətlərin miqdarı barədə bir xəbər yayılmayıbdır.
Dünən günorta da ABŞ qırıcıları Yəmənin Əlcəuf əyalətində yerləşən Xəb-əş-Şəəf bölgəsini hədəfə almışdılar.