May 12, 2025 18:09 Asia/Baku
  • Qəzzənin şimalında bir məktəb bombalanıb

Sionist rejim Qəzzənin şimalında bir məktəbi hədəfə alıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail rejimi Qəzzə xalqına qarşı vəhşiliyinin davamında mülki ərazilərə hücumlarının şiddətini artırıb.

Məlumata əsasən, Qəzzənin şimalında yerləşən Cebaliya qaçqın düşərgəsindəki "Fatimə Binti Əsəd" adlı məktəbin hədəfə alınması nəticəsində ən azı 15 fələstinli şəhid olub.

Bu hücum elə bir halda həyata keçirilib ki, ABŞ HƏMAS ilə danışıqlar apardığını və Qəzzədə atəşkəs razılaşması əldə etmək səylərini açıqlayıb.

Qəzzə Səhiyyə Nazirliyi bildirib ki, Son 24 saat ərzində bu Zolaqda sionist rejim ordusunun vəhşiliyi nəticəsində ən azı 26 fələstinli həyatını itirib.