HƏMAS: İsrail rejimi danışıqlarda ciddi deyil
May 18, 2025 11:56 Asia/Baku
Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) yüksək səviyyəli rəsmisi Tahir Əl-Nunu verdiyi açıqlamada bildirib ki, Qətərin paytaxtı Dohada aparılan dolayı danışıqlarda İsrail rejiminin ciddi və konstruktiv yanaşması müşahidə olunmur.
Onun sözlərinə görə, İsrail Baş naziri Benyamin Netanyahunun əsas prioriteti siyasi mövqeyini və hakimiyyət koalisiyasını qorumaqdır, bu isə atəşkəsə nail olunması istiqamətində real irəliləyişə mane olur. O, əlavə edib ki, müharibənin dayandırılması üçün güclü ərəb və beynəlxalq təzyiqlər zəruridir.HƏMAS rəsmisi əlavə edib ki, hərbi qanadın əlində olan bütün israilli əsirlər, əgər qarşılığında təcavüz dayandırılarsa və İsrail ordusu Qəzzə zolağını tərk edərsə, bir mərhələdə azad edilə bilər.