ABŞ nümayəndəsinin Qəzzəyə qarşı atom bombardmanına çağırışı, soyqırıma təhrikdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420348-abŞ_nümayəndəsinin_qəzzəyə_qarşı_atom_bombardmanına_çağırışı_soyqırıma_təhrikdir
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, yaydığı bəyanatda, Qəzzə zolağına qarşı atom bombardmanına çağıran ABŞ konqresinin respublikaçı üzvü Rendi Fayn-ın sözlərini kəskin tərzdə pisləyib və onu, soyqırıma təhrik və bəşəriyyətə qarşı yönəlmiş hərtərəfli cinayət adlandırıb.
(last modified 2025-05-24T05:33:48+00:00 )
May 24, 2025 09:32 Asia/Baku
  • ABŞ nümayəndəsinin Qəzzəyə qarşı atom bombardmanına çağırışı, soyqırıma təhrikdir

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, yaydığı bəyanatda, Qəzzə zolağına qarşı atom bombardmanına çağıran ABŞ konqresinin respublikaçı üzvü Rendi Fayn-ın sözlərini kəskin tərzdə pisləyib və onu, soyqırıma təhrik və bəşəriyyətə qarşı yönəlmiş hərtərəfli cinayət adlandırıb.

Bəyanatda deyilir ki, bu mənfur sözlər/ bəzi amerikalı siyasətçilərin zehnində kök salmış rasizm və faşizmin bariz nümunəsidir.

Bu sözlər, Amerika hökuməti// və müharibə canisi olan Benyamin Netanyahunu qarşılayıb, işğalçı İsrail rejiminin cinayətlərinin əsaslandırılması və təşviqinin tribunasına çevrilən «ABŞ konqresi» tərəfindən pislənilməlidir- deyə, bəyanatda bildirilir.

Həmas vurğulayıb ki, iki milyondan çox mülkiyə qarşı kütləvi qırğın silahlarından istifadəyə çağırış, Cenevrə konvensiyaları və beynəlxalq humanitar qanunların biabırçı şəkildə pozulması deməkdir!