Fələstin müqaviməti İsrail ordusuna ağır zərbə endirib: 3 sionist yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420369-fələstin_müqaviməti_İsrail_ordusuna_ağır_zərbə_endirib_3_sionist_yaralanıb
Medialar Fələstin müqaviməti döyüşçülərinin İsrail ordusuna ağır zərbələr endirdiyini, nəticədə üç İsrail əsgərinin yaralandığını bildiriblər.
(last modified 2025-05-25T07:26:15+00:00 )
May 25, 2025 11:25 Asia/Baku
  • Fələstin müqaviməti İsrail ordusuna ağır zərbə endirib: 3 sionist yaralanıb

Medialar Fələstin müqaviməti döyüşçülərinin İsrail ordusuna ağır zərbələr endirdiyini, nəticədə üç İsrail əsgərinin yaralandığını bildiriblər.

Fələstin mənbələrinin məlumatına görə, sionist qəsəbə sakinlərinə bağlı sosial şəbəkələr Fələstin müqaviməti döyüşçülərinin İsrail ordusuna zərbəsini Qəzzə zolağında ciddi təhlükəsizlik hadisəsi kimi qiymətləndirib.

Sionist qəsəbə sakinlərinə bağlı sosial media platformalaraı vurğulayıblar ki, sionist rejim ordusu senzura siyasəti tətbiq edərək, hadisənin təfərrüatının dərcinə mane olur. 

Bu platformalar qeyd ediblər ki, Qəzzə zolağının şimalında Fələstin müqaviməti qüvvələri ilə sionist rejim hərbçiləri arasında baş verən qarşıdurma zamanı rejimin 3  hərbçisi ağır yaralanıb.

Sözü gedən şəbəkələr Qəzzə zolağında gedən döyüşlərdə yaralanan İsrail ordusu əsgərlərinin helikopterlər ilə Təl Haşomer və Beylinson xəstəxanalarına aparıldığını əks etdirən görüntülər yayımlayıblar.