İyun 15, 2025 14:46 Asia/Baku
  • Yəmən Yaffadakı Lod aeroportuna raket zərbələri endirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü işğal altındakı Yaffada Lod hava limanına raket zərbələri edildiyini bildirib.

Əl-Məsirə kanalının məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri deyib: "Məzlum Fələstin xalqına və onun döyüşçülərinə dəstək istiqamətində və Qəzzə xalqına qarşı davam edən soyqırımına cavab olaraq, Yəmən silahlı qüvvələrinin raket bölmələri işğal altındakı Yaffada yerləşən Lod hava lımanını biri “Fələstin 2” tipli, digəri isə “Zülfiqar” tipli hipersəs raketi olan iki ballistik raketlə hədəfə alıb. Bu raketlərdən biri birbaşa hava limanına düşüb və müdafiə sistemləri onun qarşısını ala bilməyib.

O, əlavə edib: Əməliyyat uğurla öz məqsədlərinə çatıb və milyonlarla işğalçı sionisti sığınacaqlara qaçmağa məcbur edib və hava limanında uçuşların tamamilə dayandırılmasına səbəb olub.