İsrailli ekspert: İrana qalib gələ bilmərik, İran xalqı küçələrə çıxmalıdır
Netanyahunun tərəfdarı olan media siması igal Malke şəxsi kanalında “Mordoxay Kedar media mütəxəssisləri ilə görüşdə” başlıqlı bir səs faylı yayımlayıb. Fayl, Sionist rejimin hərbi kəşfiyyatında çalışmış keçmiş zabit və sağçı təhlükəsizlik eksperti Mordoxay Kedara məxsusdur.
Kedar səs yazısında İsrailin İran üzərində hərbi qələbə qazanmaq iqtidarında olmadığını etiraf edir və İsrailin yeganə çıxış yolunu İran xalqını İslam Respublikasına qarşı küçə etirazlarına təşviq etməkdə görür.“Niyə israrla deyirəm ki, İran xalqı küçələrə çıxmalıdır? Çünki reallığı qəbul etməliyik: Biz təkbaşına İrana qalib gələ bilmərik. Bu, mümkün deyil,” – deyə o, “İran problemi” adlı iclasda bildirib.O, ABŞ-nin Yəməndəki uğursuzluğunu misal çəkərək deyib: “Amerikanın köməyini gözləməyə dəyərmi? Amerika Yəmənə qarşı savaşı bir aydan artıq davam etdirə bilmədi. Deməli, bu da boş ümiddir.”Kedar xəbərdarlıq edib ki, əgər İran infrastruktur hədəflərinə zərbələrini davam etdirərsə, Sionist rejim strateji məğlubiyyətə uğraya bilər.Sonda o bildirib: “Yeganə çıxış yolumuz – İran xalqını bu rejimdəki terrorçulara qarşı təşkilatlandırmaqdır.”Kedar qeyd edib ki, İran nə Qəzzədir, nə də Hizbullah. İran 50 illik tarixi olan, oturuşmuş bir dövlətdir, geniş əraziləri və infrastruktur imkanları var. Bu səbəbdən yalnız hərbi seçim kifayət etməyəcək.Onun bu təhlilləri Netanyahunun yeni strategiyası ilə tam uyğunluq təşkil edir. Belə ki, İsrailin baş naziri bu yaxınlarda bir daha açıq şəkildə “İranda rejim dəyişikliyi zəruridir” deyib və daxili birliyin pozulması üçün eyni vaxtda iqtisadi təzyiqlər, sanksiyalar, dəqiq hücumlar və informasiya savaşı aparılmasının vacibliyini vurğulayıb.