Sionist media:
Onikigünlük müharibə, İsrailin iqtisadiyyatını korona dövrünə qaytardı
Bir sionist qəzet bir reportajda İrana qarşı onikigünlük müharibənin nəticələrini araşdırıb: Bu müharibə nəticəsində İsrailin iqtisadiyyatı onun korona dövründəki fəaliyyət tərzinə oxşar şəkildə əməl etdi.
Belə ki, iqtisadiyyat «hər həftə tətil» qarşılığında 5.5 milyard şekel zərər etdi. Onikigünlük müharibə, İsrailin iqtisadiyyatını korona dövrünə qaytardı.
«İsrail vaxtı» vebsaytı əlavə edib: Diqqətəlayiq hərbi nailiyyətlər iddiasına rəğmən, Təl-Əviv-Tehran qarşıdurması İsrail üçün ağır xərc törətdi. İran 500 ballistik raket atmaqla, güclü raket hücumları ilə cavab verdi.
Bu vebsayt öz reportajının davamında yazıb: Təl-Əvivdə məsullar iddia etdilər ki, İran tərəfindən atılan raketlərin 86%-i «ARROW» və «THAD» sistemlərilə ələ keçirildi. Ələ keçirilməyən raketlər isə İsrailin həyati və elmi-tədqiqat infrastrukturlarına ciddi ziyan vurdu, iqtisadiyyatın iri və geniş maliyyə xəsarətinə düşməsinə, eləcə də israil sakinlərinin böyük əzaba düçar olmalarına, onların böyük miqdarının ölməsi və yaralanmasına səbəb oldu.
Bu sionist media vurğulayıb ki, öncəki raket hücumları ilə müqayisədə, İran tərəfindən edilən hücumlar ölümcül oldu. Bu hücumda 29 nəfər öldü, 3238 nəfər isə yaralandı. Bütün bu ölümlər elə bir halda baş verdi ki, əksər İsrail sakinləri sığınacaqlarda və qorunan məntəqələrdə idilər və öncədən onlara xəbərdarlıq edilmişdi ki, sığınacaqların yaxınlığında qalsınlar. Həmçinin məktəblər, idarələr, biznes və əyləncə mərkəzlərinin böyük bir hissəsi tətil edilmişdi.
«İsrail vaxtı» vebsaytı əlavə edib: Əgər bu hərəkətlər təhlükəsizlik hərəkətləri olmasaydı, insan tələfatı qəti şəkildə bundan da çox olardı.
Bu İsrail mediası qeyd edibdir ki, İsrail rejiminin maliyyə naziri Betsalel Smotriç müharibəyə dəstək versə də, onun maliyyə xərclərini yaymaqdan çəkindi.
Belə bir halda, İsrail rejiminin iqtisadi nazirliklərindən birindəki bir mənbə «İsrail vaxtı» vebsaytına deyibdir ki, İranla onikigünlük müharibənin birbaşa xərci, 22 milyard şekel təxmin edilib. Bu miqdarda xərc, evləri dağılan İsrail sakinlərinin yerləşdirildikləri otellərə edilən ödənişlərə, iş yerində olmayan işçilərə annuitetin ödənilməsinə, ehtiyat qüvvələrin səfərbər olunmalarına, müdafiə-əməliyyat sistemlərinə, təyyarə yanacağına və silah büdcəsinə şamil olsa da, kompensasiya fondundan şirkətlərə ödənilən kompensasiyalara və tətildən irəli gələn iqtisadi fəaliyyətlərə dəyən zərərlərə şamil olmur.