İraqın Vasit vilayətində dəhşətli yanğın baş verib
İyul 17, 2025 10:55 Asia/Baku
İraqın şərqində yerləşən Vasit vilayətindəki bir pasajda baş verən geniş yanğın nəticəsində yetmiş yeddi nəfər həyatını itirib.
İnformasiya mənbələri sözügedən yanğının Vasit vilayətinin Əlkut bölgəsindəki bir hipermarketdə baş verdiyini və ölənlərin sayının yetmiş yeddiyə qalxdığını bildiriblər.
Vasit valisi Məhəmməd Cəmil Əlmiyahi hadisə ilə bağlı vilayətdə üç gün matəm elan edib.
Vasit valisi bildirib ki: Biz bu binanın və pasajın sahiblərinə qarşı məhkəmə iddiaları qaldırmışıq.
Qırx səkkiz saat ərzində təhqiqatın nəticələrini elan edəcəyik- deyə, o, bildirib.
Yanğın beşmərtəbəli binada və gecə vaxtı baş verib. Yanğınsöndürmə dəstələri yanğını nəzarətə almağa çalışıblar.
Hələ ki, yanğının səbəbi müəyyən edilməyibdir.