Suriya və İsrail rejimi atəşkəs barədə razılığa gəlib
ABŞ-ın Suriya üzrə xüsusi elçisi və onun Türkiyədəki səfiri Tom Barak bildirib ki, Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şər və İsrailin baş naziri Bemyamin Netanyahu ABŞ-ın dəstəyi ilə Suriyada atəşkəs barədə razılığa gəliblər.
Barakın sözlərinə görə, bu razılaşma Türkiyə, İordaniya və digər qonşu dövlətlər tərəfindən də dəstəklənib.
Barak, həmçinin bütün dini və etnik qrupları, o cümlədən druzlar, bədəvilər və sünniləri silahlarını yerə qoymağa və vahid Suriya üçün bir-biri ilə əməkdaşlıq etməyə çağırıb.
Suriya prezidentliyi cümə günü yaydığı bəyanatda, böhranın həlli üçün müvafiq orqanların siyasi tədbirləri ilə paralel olaraq, Suveydadakı toqquşmaların aradan qaldırılması üçün xüsusi təyinatlı qüvvələrin göndərilməsi üzərində işlədiyini bildirib.