Sionist rejim Qəzzədə dəhşətli cinayət törədib;
25 şəhid və onlarla yaralı var
Ərəb dilli medialar sionist rejim ordusunun Qəzzə zolağında törətdiyi son cinayətdə 25 fələstinlinin şəhid olduğunu, 100 nəfərin isə yaralandığını bildiriblər.
Sionist rejim hərbçiləri bu səhər Qəzzənin cənubundakı Xan Yunis şəhərində, Əl-Tinə küçəsində yardım paylama məntəqəsində gözləyən fələstinliləri hədəfə alıblar, nəticədə 25 fələstinli şəhid olub, 100 nəfər isə yaralanıb.
Məlumata əsasən, sionist rejim ordusu bu küçədə yardım almaq üçün gözləyən minlərlə fələstinlini mühasirəyə alıb.
Fələstinlilərin və insan hüquqları və humanitar təşkilatların bildirdiyinə görə, sionist rejim Təl-Əviv və Vaşinqtonun nəzarəti altında fəaliyyət göstərən yardım paylama mərkəzlərini “ölüm tələlərinə” çevirib və bu mərkəzlərdə minlərlə fələstinli yardım almaq növbəsində İsrail ordusunun hava hücumları və ya açdığı atəş nəticəsində şəhid olub və ya yaralanıb.
BMT və insan haqları və humanitar təşkilatlar dəfələrlə humanitar yardımların beynəlxalq mexanizmlər vasitəsilə paylanmasını tələb ediblər, amma bu, Təl-Əviv və Vaşinqtonun müxalifəti ilə üzləşib.
Sionist rejimin Qəzzə zolağına qarşı 2023-cü il oktyabrın 7-dən başlayan və bu günə qədər davam edən təcavüzkar müharibəsi zamanı bu rejim dinc əhaliyə qarşı dəfələrlə sistemli cinayətlər törədib. Bu cinayətlərin ən bariz nümunələrindən biri yaşayış mərkəzlərinə, məktəblərə, xəstəxanalara, qaçqın düşərgələrinə və son zamanlar ABŞ və İsrail rejiminin nəzarəti altında olan dırnaqarası humanitar yardım paylama mərkəzlərinə qəsdən hücumlar olub.