Sionist rejimin sabiq müharibə naziri İsrailin dünyada təcrid olunduğunu etiraf edib
İyul 20, 2025 17:46 Asia/Baku
Sionist rejimin sabiq müharibə naziri Aviqdor Liberman verdiyi açıqlamada İsrailin və Benyamin Netanyahunun kabinetinin dünyada təcrid vəziyyətinə düşdüyünü etiraf edib.
Liberman İsrail rejiminin dünyada öz mövqeyini bərpa etməli olduğunu vurğulayaraq bildirib ki, Qəzzədəki müharibə bizi dünyada kənara atılmış bir qrupa çevirdi.
Sionist rejimin sabiq müharibə naziri əlavə edib ki, HƏMAS üzərində qələbə qazanmaq üçün bütün əsirlərimizi bir mərhələdə Qəzzə zolağından geri qaytarmalıyıq.
O deyib ki, əgər kimsə bu işi görmürsə, deməli, nə əsirləri azad etmək istəyir, nə də müharibəyə son qoymaq niyyətindədir.
Liberman qeyd edib ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzzə müharibəsini seçkilər keçirilənə qədər uzatmaq istəyir.