İyul 25, 2025 15:27 Asia/Baku
  • Qəzzə hadisələri bəşəriyyətin alnında biabırçılıq damğasıdır

Seyid Əbdülməlik Bədrəddin deyibdir ki: Qəzzə zolağındakı uşaqların görüntüləri və onların əzablarının hekayəti dərindən kədər doğurur və bu, bütün bəşəriyyətin, xüsusən də müsəlmanların alınlarında biabırçı damğa sayılır.

Yəmən Ənsarullah hərəkatının rəhbəri özünün həftəlik çıxışında söyləyib: Bu həftə, İsrailin Qəzzə zolağına qarşı təcavüzünün başlandığı zamandan bəri ən çətin, ən kədərli və ən qəddarcasına həftə oldu. Qəzzə zolağındakı uşaqlar daha çox əzab çəkirlər. Sionist düşmən onları öz ədalətsiz və vəhşicəsinə təcavüzləri və cinayətkarcasına hərəkətlərinin əsas hədəfi edibdir.

O, əlavə edib: Sionist düşmən uşaqların qidalanmaları üçün nəzərdə tutulan quru südün Qəzzə zolağına girişinin qarşısını alır, zira, onları məhv etmək məqsədini güdür və bunu, öz cinayətkarcasına planının əsas hədəfi qərar verir. Özlərini İsrail ordusu adlandıran sionist cinayətkar dəstələr fələstinli uşaqların qırğın edilmələri barədəki videoları əyləncə və oyun üçün yaymaqla fəxr edirlər.

Digər xalqları aldatmaq üçün uşaqların hüquqları, insan hüquqları və bütün bu kimi iddiaları irəli sürən kafir Qərb hardadır?

Əlhusi əlavə edib: Sionist düşmən Qəzzə zolağında hamilə qadınları və qocaları hədəfə alır. Onların Qəzzədə çəkdikləri əzab-əziyyətlər olduqca kədərli və ağrılıdır. Qadınların hüquqları, kafir Qərbin cəmiyyətimizi dağıtmaq, dəyərləri hədəfə almaq, ictimai rəyi aldatmaq və yayındırmaq çərçivəsində üzərində təmərküzləşdiyi iddialardandır.

Ənsarullah rəhbəri qeyd edib ki: Qəzzə zolağı sakinlərinin bir çoxu beş gündür ki, bir şey yeməyib, hətta, heç bir yeməyin dadını belə, dadmayıbdır