İyul 26, 2025 17:55 Asia/Baku
  • İsrail ordusu Qəzzəyə göndərilən minlərlə ton humanitar yardımı məhv edib

Qəzzə zolağının əhalisi misli görünməmiş aclıq və qıtlıqla mübarizə apararkən, sionist rejim televiziyası, rejim ordusunun minlərlə ton humanitar yardımı məhv etdiyini bildirib.

Məlumata əsasən, yardım 1000 yük maşınının yükünə bərabər olub və Qəzzə zolağına çatmazdan əvvəl “yardım paylama mexanizmindəki nasazlıq" bəhanəsi ilə məhv edilib.

Bu addım Qəzzənin təxminən 2,3 milyon əhalisinin kritik aclıq böhranı ilə üzləşdiyi bir vaxta təsadüf edir. Aclıq, qida çatışmazlığı və əsas yaşayış şəraitinin olmaması regionda acınacaqlı humanitar vəziyyət yaradıb.

Bu böhran fonunda belə böyük həcmdə yardımın məhv edilməsi qlobal hiddətə səbəb olub.