Təl-Əvivdə on minlərlə sionist Netanyahuya qarşı aksiya keçirib
İyul 27, 2025 12:31 Asia/Baku
Minlərlə sionist qəsəbə sakini İsrail rejiminin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyası keçirərək, Qəzzə müharibəsinin dayandırılmasını və sionist əsirlərin mübadiləsinə dair HƏMAS ilə razılaşmanın əldə olunmasını tələb ediblər.
Minlərlə sionist qəsəbə sakini şənbə gecəsi Təl-Əvivin küçələrinə axışaraq, Benyamin Netanyahu və onun hökumətinə qarşı şüarlar səsləndiriblər və qırğın müharibəsinə son qoyulması və Qəzzə zolağında saxlanılan sionist məhbusların geri qaytarılmasını tələb ediblər.
Məlumata əsasən, sionist qəsəbə sakinləri bu etiraz aksiyasında Qəzzə zolağında müharibənin dayandırılması və sionist məhbusların azad edilməsi üçün hərtərəfli sazişin imzalanmasının vacibliyini vurğulayıblar.