İyul 28, 2025 11:06 Asia/Baku
  • Sionist rejimin Qəzzəyə qarşı hücumları davam edir

Qəzzə müharibəsinin 661-ci günündə işğalçılar tərəfindən bu bölgənin bombalanması və onun sakinlərinin ac saxlanılması siyasəti davam edir.

Qəzzənin durumu İsrail rejiminin cinayətlərinin davam etməsi və insan fəlakətinin ağır olması nəticəsində son dərəcə böhranlıdır.

Sionist rejimin hərb maşını Qəzzədə mülkilərin həyatına son qoymaqda davam edir. Belə ki, Fələstin səhiyyə nazirliyi ötən saatlarda 88 fələstinlinin şəhid olması, 374 nəfərin isə yaralanmasından xəbər verib. Bildirib ki, bununla, şəhidlərin ümumi sayı 59821, yaralıların miqdarı isə 144581 nəfəri ötüb keçibdir.

Belə bir halda, fələstinli mənbələr Qəzzənin mərkəzində yerləşən Dəyrulbələhdə bir mənzilin bombalandığını bildiriblər.

Həmçinin fələstinli medialar Qəzzənin cənubunda- Xan Yunus-un qərbində yerləşən Əlmuvasi və Əlyabani bölgələrində didərginlərin çadırları və iki mənzilin bombalanması nəticəsində on nəfərin şəhid olması, qırx nəfərin isə yaralanması və ya itkin düşməsindən xəbər veriblər. Bu statatistikada uşaqlar əksəriyyət təşkil edirlər.

Qəzzənin mərkəzində yerləşən Əməğazi bölgəsindəki bir mənzilin bombardman edilməsi nəticəsində də üç fələstinli şəhid olubdur.

Qəsbkar ordu Qəzzə şəhərinin şərqindəki mənzilləri də dağıdıb; onun artilleriyası da şəhərin şərq hissəsini gülləbaran edibdir.

Belə bir halda, Qəzzədə dövlət informasiya ofisi bildiribdir ki, bazar günü Qəzzəyə daxil olan və yardım daşıyan yük maşınlarının sayı 73-dən çox deyil. Hava yolu ilə atılan yardımlar da mülkilər üçün təhlükəli olan bölgələrə düşür.

Qəzzədə dövlət informasiya ofisi bir milyon yüz min uşaq daxil olmaqla, iki milyon 400 min insanı təhdid edən kəskin aclıq və ağır vəziyyətdən xəbər verib. Bu məlumata görə, indiyə kimi 133 nəfər aclıqdan həyatını itirib. Onların 87 nəfərini uşaqlar təşkil ediblər. Bütün bu cinayətlər Qərbin və dünya ictimaiyyətinin sükutu altında törədilir.