Həmas atəşkəs müzakirələrinin bərpası üzrə şərtini elan edib
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, yaydığı bəyanatda Qəzzədə aclığın və insan böhranının bitəcəyi və yardımların ehtiyaclı şəxslərin əllərinə çatacağı təqdirdə, müzakirələrə dərhal qayıtmağa hazır olduğunu bildirib.
Fələstin İslami Müqavimət Hərəkatı belə qeyd edib: Sionist rejimin Qəzzə zolağında aclığı yükləmək üzrə müharibəsi dözülməz səviyyəyə çatıb. Bu, iki milyondan çox fələstinlinin sağlamlığı üçün ən böyük təhlükə sayılır.
Hərəkat sonra belə qeyd edib: Biz beynəlxalq ictimaiyyətdən və bütün aidiyyəti orqanlardan istəyirik ki, düşmənin törətdiyi kütləvi cinayəti dayandırmaq üçün dərhal hərəkətə keçsinlər və qida maddələrini Qəzzə zolağının bütün bölgələrində tez bir zamanda və heç bir qeyd-şərt olmadan xalqımızın əlinə çatdırsın və onlara dəstək zəmanəti versinlər.
Həmas bəyanatın sonunda vurğulayıb: Aclığın yüklənməsi altında müzakirələrin davam etməsi, xüsusən, cinayətkar sionist rejimin keçən həftə bizim razılığa çatmaq ərəfəsində olduğumuz halda, heç bir əsaslandırma olmadan danışıqlardan geri çəkilməsindən sonra/ müzakirələrin lazımi məzmun və faydadan məhrum olmasına səbəb olacaq.
Həmas hərəkatının yüksək vəzifəli üzvü bundan öncə bildirmişdi ki: Qəzzə zolağı əhalisinə qarşı soyqırım və acsaxlama siyasətinin davam edəcəyi zamanadək razılaşmaya nail olmaq istiqamətində sionist rejimlə dolayı müzakirələrin heç bir mənası və anlamı yoxdur.