Avq 01, 2025 13:37 Asia/Baku
  • Həniyyənin şəhadəti Fələstin Müqavimətinə yeni stimul verdi

Bu gün Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin şəhadətinin birinci ildönümüdür.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri ötən il iyulun 31-dən avqustun 1-nə keçən gecə yarısı paytaxt Tehranda öz otağında yatarkən İsrail rejimi tərəfindən qətlə yetirilib. Yeni seçilmiş prezident Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edən Həniyyə İran xalqının və dövlətinin dəyərli qonağı olub.

Şəhid İsmayıl Həniyyə İslam ümmətinin əsas işi olan Fələstin savaşı uğrunda yorulmadan mübarizə aparan bir şəxsiyyət idi. Bu şəhid ömrünün son anlarına qədər qəddar işğalçı düşmənlə mübarizə əzmini qoruyub saxlamışdır.

Şəhid Həniyyə sıradan bir lider deyildi. O, fələstinlilər və müqavimət döyüşçüləri tərəfindən sevilən qeyri-adi milli lider idi. Bu şəhid Fələstin xalqının və dünyanın azad xalqlarının kollektiv yaddaşına həkk olunacaq böyük milli irs qoyub. Həniyyə, Fələstinin müasir tarixində birləşdirici və unikal simvol yaratdı. O, fələstinlilərin gələcək nəsilləri üçün ilham mənbəyi olmağa davam edəcək və adını Müqavimət Oxunun böyük liderlərinin salnaməsində əbədiləşdirəcək.

Şəhid Həniyyə İsrailin Qəzzəyə qarşı müharibəsinin başlanğıcında Fələstin hərəkatının həlledici diplomatik fiquru idi.

Həniyyə bir çıxışında "Şəhidlərin qanı, yaralıların yarası ilə inşallah ümid yaradacaq, gələcəyi quracaq, xalqımıza, amalımıza, millətimizə istiqlal və hürriyyət bərqərar edəcəyik. Xalqımızın qanına qarışan bu qan bizim qələbə əzmini və iradəmizi daha da gücləndirəcək" demişdi.

Sionist rejimin şəhid İsmayıl Həniyyəni öldürməkdə məqsədi Fələstin müqavimətini diz çökdürmək, müqavimət ruhunu zəiflətmək, Həmas və İslami Cihad döyüşçülərini təslim olmağa məcbur etmək idi.

Şəhid Həniyyə Əl-Əqsa tufanı döyüşü zamanı vurğuladı: “Biz əminik ki, bu hücum nə qədər davam etsə də, məğlubiyyətə uğrayacaq və torpaqlarımızdan silinəcək, çünki HƏMAS hərəkatı və Qəssam Briqadaları qalmaq üçün buradadır. Biz Allahın qələbə, azadlıq və güc vədinə güvənirik”.

Şəhid Həniyyənin şəhadəti İran xalqını dərindən kədərləndirdi və bəlkə də digər müqavimət xalqlarından daha çox İran xalqı və hakimiyyət orqanlarının üzərinə ağır yük qoydu, çünki o, İranın dəyərli qonağı idi.

Onun şəhadətinin birinci ildönümündə biz onu ehtiramla yad edirik. Qatil və terrorçu sionist rejim tərəfindən qətlə yetirilən dəyərli insanı heç vaxt unutmayacağıq. Onun sözləri və irsi fələstinlilərin gələcək nəsilləri üçün parlaq və ruhlandırıcı olaraq qalacaq və inşallah ki, biz tezliklə qələbənin ilahi vədini görəcəyik.