Sionist rejimin Qəzzədə cinayətləri davam edir
Sionist rejimin hava hücumları Qəzzə şəhərində məcburi köçkünlərin sığınacağı olan BMT məktəbini hədəf alıb. Həmçinin, Qəzzə şəhərində çoxmərtəbəli yaşayış binası da bombalanaraq, dağıdılıb.
Bu gün səhər saatlarından etibarən Qəzzənin müxtəlif bölgələrində bir neçə fələstinli şəhid olub.
Bu elə bir haldadır ki, dünən BMT Baş Assambleyası iki dövlətli həll yolunudəstəkləyən qətnaməni səs çoxluğu ilə təsdiqləyib.
Qəzzədə hökumətin media ofisi sionist rejimin amansız bombardmanlarına və məcburi təxliyə əmrlərinə baxmayaraq, 350 mini uşaq olmaqla 1,3 milyondan çox fələstinlinin hələ də Qəzzə şəhərində və şimal bölgələrində qaldığını açıqlayıb.
2023-cü ilin oktyabrından bəri sionist rejimin Qəzzəyə qarşı apardığı müharibədə azı 64 min 756 fələstinlinin şəhid olması, 164 min 59 fələstinlinin isə yaralanması ilə nəticələnib.