Yəmən Silahlı Qüvvələri:
İşğal altındakı Yaffada bir neçə həssas hədəfə qarşı əməliyyat keçirdik
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, bu ölkənin silahlı qüvvələri bu gün səhər çoxsaylı döyüş başlığı olan Fələstin 2 hipersəs ballistik raketindən istifadə edərək, işğal altındakı Yaffa bölgəsində bir neçə həssas hədəfə qarşı hərbi əməliyyat həyata keçiriblər.
Yəmən Silahlı Qüvvələrinin bəyanatında deyilir: "Bu əməliyyat Allaha şükür məqsədlərinə uğurla çatıb və milyonlarla qəsbkar sionistin sığınacaqlara qaçmasına səbəb olub.
Yəmən Silahlı qüvvələri bildiriblər ki, Yəmən xalqı sionist rejimin vəhşi təcavüzünə baxmayaraq, aclıqdan əziyyət çəkən məzlum fələstinli qardaşları qarşısında prinsipial mövqeyini davam etdirməkdən çəkindirməyəcək.
Yəhya Səri vurğulayıb ki, sionist rejimin Yəmən xalqına qarşı cinayətkar təcavüzü təkcə onların Allah və məzlumlar yolunda müqavimətini və əzmkarlığını daha da artıracaq.