Sionist İsrailin gələcəyi qaranlıqdır - AKTUAL
Netanyahu terror dövlətini tam qapalı rejimə çevirir!
Xunta İsrail rejimi və onun nümayəndələri beynəlxalq arenada artan təcridlə üzləşiblər. Bu vəziyyətin davam etməsi rejimi vahiməyə salıb.
İsrailin diplomatik səylərinə ağır zərbə olaraq, bir çox ölkə; o cümlədən onun uzunmüddətli müttəfiqləri olan Britaniya, Fransa və Kanada gələn həftə BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaqlarını bəyan ediblər. Bu ölkələrdən bəziləri İsrailə silah satışını məhdudlaşdırıb, digərləri isə tamamilə qadağan ediblər. Təcrid olunma hissi İsrail cəmiyyətində də geniş şəkildə hiss olunmağa başlayıb.
İsrailin sabiq diplomatı Alon Pinkas xəbərdarlıq edib ki, son yüz ildə dörd ölkə özünə qapılaraq təcriddə qalıb: “Nasist Almaniyası, aparteid dövrünün Cənubi Afrikası, kommunist rejim altındakı Albaniya və ən son olaraq Şimali Koreya. Netanyahunun qoşulmaq istədiyi klub budur?” – deyə Pinkas sual edib.