Sen 21, 2025 14:01 Asia/Baku
  • İsrail “Cənubi Afrika təcrübəsi” ilə üz-üzədirmi? - AKTUAL

BBC İngilis saytı Cənubi Afrika təcrübəsinin İsrail üçün təkrarlanması məsələsinə toxunaraq, vampir rejimin üzləşdiyi vəziyyəti şərh edib.

Məqalədə deyilir: Qəzzə müharibəsi davam etdikcə İsrail artan beynəlxalq təcridlə üzləşir. Bir çox müşahidəçi İsrailin siyasi, iqtisadi, mədəni və idman sanksiyalarına tuş gəlməsini aparteid rejimini çökdürən Cənubi Afrika təcrübəsini yaşamaqda olduğunu bildirir. İsrailin keçmiş baş nazirləri Ehud Barak və Ehud Olmert Netanyahunun İsraili dünya səhnəsində təcrid olunan rejimə çevirdiyi barədə xəbərdarlıq ediblər.

BBC qeyd edir ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsi ilə Netanyahunun beynəlxalq səyahəti ciddi şəkildə məhdudlaşdırılıb. Eyni zamanda İngiltərə, Fransa, Belçika, Kanada və Avstraliya kimi ölkələr Fələstini dövlət kimi tanımaq niyyətində olduqlarını bəyan ediblər. Ərəb dünyasında isə İsrailin Qətərdə Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın liderlərinə qarşı hücumlarına görə qəzəb artıb və birgə cavab üçün Dohada görüşlər keçirildi.

İndi yaranmış vəziyyətlə əlaqədar keçmiş diplomatlar həyəcan təbili çalırlar. İsrailin Almaniyadakı keçmiş səfiri deyib ki, Təl-Əvivin beynəlxalq etibarı ciddi şəkildə zəifləyib.

İsrailin Cənubi Afrikadakı keçmiş səfiri İlan Baruç isə təzyiq və sanksiyaların qaçılmaz olduğunu və Təl-Əvivi öz siyasətini dəyişməyə məcbur etməyin yeganə yolu olduğunu vurğulayıb.

Beləliklə də İsrail indi bir çoxlarının qənaətincə Cənubi Afrikadakı aparteid rejiminə son qoyan prosesə bənzəyən diplomatik, iqtisadi, mədəni və idman təzyiqləri dalğası ilə üz-üzədir. ABŞ və bəzi Avropa ölkələrinin dəstəyi İsrail üçün qoruyucu qalxan rolunu oynamağa davam etsə də, Qəzzədə soyqırımının davam etməsi təsirsiz ötüşməyəcək. Bu təzyiqlər, Cənubi Afrikanın yaşadığı taleyi xatırladır, İsrail dünya ictimaiyyətinin iradəsi qarşısında təslim olmağa məhkumdur.