Sen 22, 2025 10:43 Asia/Baku
  •  Sionist rejim müharibəni uzatmaq istəyir

HƏMAS hərəkatının yüksək səviyyəli liderlərindən biri olan Usame Həmdan Qəzzədəki son hadisələr və bəzi Qərb ölkələrinin Fələstini tanıması ilə bağlı çıxışında bildirib ki, paytaxtı Qüds olmaqla müstəqil Fələstin dövlətinin qurulması Fələstin xalqının təbii və qanuni haqqıdır və bu istiqamətdə yalnız simvolik addımlarla kifayətlənmək olmaz.

Əl-Cəzirə telekanalına verdiyi müsahibədə Həmdan deyib:

“Bir sıra Qərb ölkələrinin Fələstin dövlətini tanıması müsbət addımdır, lakin kifayət deyil. İndi bizə lazım olan, işğalın sona çatdırılması və Fələstin xalqının öz torpaqları üzərində suverenliyini təmin edəcək real və praktik addımlardır.”

Həmdan həmçinin sionist rejimi atəşkəs danışıqlarına mane olmaqda ittiham edərək əlavə edib:

“İsrail və onun müttəfiqlərinin müharibəni dayandırmaq niyyəti yoxdur. Onların məqsədi regionda qarşıdurmanı uzatmaq və ‘Böyük İsrail’ ideyasını reallaşdırmaqdır.”

O, beynəlxalq ictimaiyyəti sionist rejimə qarşı siyasi və iqtisadi təzyiqlər göstərməyə çağırıb və deyib:

“Biz öz mövqelərimizdən geri çəkilməyəcəyik. Ədalətli və real həll yolu, işğalın sonlandırılması və müstəqil Fələstin dövlətinin yaradılmasıdır.”