Sen 26, 2025 17:08 Asia/Baku
  • Nəsrullahın şəhid edilməsi Müqavimət hərəkatını sarsıtdımı? - TƏHLİL

Bu günlər Livan Hizbullah Hərəkatının mərhum lideri, böyük mücahid şəhid Seyid Həsən Nəsrullahın şəhadətinin ildönümünü anır, qəlblərimizdə o məzlum Seyidi xatırlayırıq.

Hizbullah lideri elə bir şəxsiyyət idi ki, yalnız Livanı və yalnız şiələri deyil, bütün İslam ümmətini qətiyyəti, şücaəti və bəsirəti ilə başıucalı etdi.

İslam İnqilabının Aliməqamlı Rəhbəri son çıxışında onu “İslam dünyasının böyük sərvəti” adlandırdı; bu dərin ifadə göstərir ki, İslami Müqavimətin parlaq siması olan Seyid Həsən Nəsrullahın mirası yalnız Livanın coğrafi sərhədləri ilə məhdud deyil. O, İmam Xomeyni (r.ə) məktəbinin sadiq şagirdi, o məktəbin layiqli davamçısı idi.

Seyid Həsən Nəsrullah İslam dünyasının və Yaxın Şərqin ən görkəmli və nüfuzlu şəxsiyyətlərindən biri olaraq, müdrik rəhbərliyi ilə Hizbullah hərəkatını regionun və dünyanın əsas siyasi və hərbi güclərindən birinə çevirdi. Seyid Həsən təkcə bir təşkilatın rəhbəri deyil, həm də müqavimətin rəmzi idi. Onun mübarizəsi işğalçı sionist rejimə qarşı mübarizənin dayağı oldu.

Nəsrullah hər zaman Fələstin və Yəmən xalqının yanında dayandı. O, düzgün siyasi addımlar və məharətli hərbi strategiyalar vasitəsilə Hizbullahın müdafiə gücünü artırdı, İsrailin hərbi üstünlüyünü iflasa uğratdı. 

Seyid Həsənin işğala və təcavüzə qarşı sərt və prinsipial mövqeyi təkcə Livanda deyil, bütün İslam dünyasında, hətta qeyri-müsəlman xalqları arasında da böyük rəğbət qazandı. Onun coşqulu və dərin məzmunlu çıxışları şiə, sünni və xristian icmalarını birləşdirərək Livanda milli həmrəyliyi möhkəmləndirdi, vətənin qəsbkar rejim tərəfindən işğalına imkan vermədi. 

Hizbullah lideri nəhayət nəhayət müqəddəs mübarizəsini davam etdirərkən ötən il sentyabrın 27-də sionist rejimin vəhşicəsinə hücumunda şəhidlik zirvəsinə yüksəldi. Ancaq onun ucaltdığı müqavimət bayrağı yerə düşmədi və bu gün də dalğalanır. Necə deyərlər: “Şəhidlər ölməz, vətən bölünməz”.

Allah rəhmət eləsin!