Sionistlər üçün daha bir boykot qərarı;
Xunta rejimi idman yarışlarına buraxılmır - TƏHLİL
Oktyabrın 4-də İtaliyada keçiriləcək “Ciro dell’Emilia” veloyarışında “İsrail-Premier Tech” komandasının iştirakı ləğv edilib.
Röyters-in məlumatına görə, komandanın yarışdan kənarlaşdırılması qərarı İsrail rejiminin Qəzzədə soyqırımı törətməsi fonunda verilib.
Yarış təşkilatçıları rəsmən “ictimai təhlükəsizlik” arqumentini önə çəksələr də, qərarın səbəbi son aylarda Fələstinlə həmrəylik aksiyalarının genişlənməsi və bu aksiyaların Avropada, xüsusilə İtaliyada güclənməsidir.
Bu addım, əslində, idman vasitəsilə siyasi təzyiqin yeni nümunəsi sayılır. Necə ki, əvvəllər Cənubi Afrikadakı aparteid rejimi beynəlxalq idman yarışlarından təcrid olunmuşdu, indi oxşar bir proses İsrail üçün də müşahidə olunur.
Qeyd edək ki, son illərdə, xüsusən də Qəzzədə baş verən hadisələrdən sonra İsrailin idman, mədəniyyət və hətta akademik sahələrdə boykot edilməsi üçün çağırışlar artıb. Və Avropada bir çox şəhərdə fələstinlilərin müdafiəsinə yönələn etiraz aksiyalarının çoxalması, yerli hakimiyyətlər və təşkilatçı qurumları “ictimai asayişi qorumaq” adı altında belə addımlar atmağa məcbur edir.
Nəticədə, İsrail tədricən yalnız diplomatik və siyasi müstəvidə deyil, həm də idman və mədəni sahələrdə beynəlxalq təcrid riski ilə üz-üzə qalır.