Yəmən qəsb olunmuş Qüdsdəki həssas hədəflərə raketlə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i421830-yəmən_qəsb_olunmuş_qüdsdəki_həssas_hədəflərə_raketlə_hücum_edib
Yəmən silahlı qüvvələrinin sözçüsü qəsb olunmuş Qüdsdəki həssas hədəflərə qarşı yeni raket hücumundan xəbər verib.
(last modified 2025-10-05T06:04:03+00:00 )
Okt 05, 2025 10:01 Asia/Baku
  • Yəmən qəsb olunmuş Qüdsdəki həssas hədəflərə raketlə hücum edib

Yəmən silahlı qüvvələrinin sözçüsü qəsb olunmuş Qüdsdəki həssas hədəflərə qarşı yeni raket hücumundan xəbər verib.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Sərii bir bəyanatda bildiribdir ki, məzlum Fələstin xalqına dəstək istiqamətində və Qəzzə əhalisinə qarşı soyqırıma cavab olaraq, Yəmən silahlı qüvvələrinin raket bölməsi özünəməxsus hərbi əməliyyatda, işğal olunmuş Qüds bölgəsindəki xeyli sayda həssas hədəfi nişan alıb.

O, bu əməliyyatın bir neçə başlıq daşımaq qabiliyyətinə malik olan “Fələstin-2” tipli hipersonik ballistik raketlə həyata keçirildiyini bildirib.

Sərii vurğulayıb ki, əməliyyat uğurla həyata keçirilib və milyonlarla sionist qəsbkar sığınacaqlara doğru qaçıb.