Qəzzədə "sülh" sözünə aldanmayın
https://azeri.sahartv.ir/news/qərbi_asia-i421972-qəzzədə_sülh_sözünə_aldanmayın
BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Françeska Albaneze bildirib ki, Qəzzədə iddia olunan “sülh” əslində fələstinlilərə qarşı ayrı-seçkilik və ört-basdır etmək üçün istifadə olunur.
(last modified 2025-10-15T09:04:23+00:00 )
Okt 15, 2025 13:03 Asia/Baku
  • Qəzzədə

BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Françeska Albaneze bildirib ki, Qəzzədə iddia olunan “sülh” əslində fələstinlilərə qarşı ayrı-seçkilik və ört-basdır etmək üçün istifadə olunur.

Françeska Albaneze X sosial şəbəkəsində etdiyi paylaşımda, Qəzzədəki vəziyyəti təsvir etmək üçün sülh sözündən bir alət kimi istifadə edilməsi ilə bağlı xəbərdarlıq edib.

O deyib: "Qəzzədəki iddia olunan sülh əslində fələstinlilərə qarşı ayrı-seçkilik və zülmün örtüyüdür". 

Albaneze vurğulayıb ki, bütün gözlər Fələstində olmalıdır və dünya xalqları fələstinlilərin əzablarına laqeyd qalmamalıdırlar.

O, Nelson Mandelanın sözlərini xatırladaraq yazıb: "Hamı azad olmayana qədər, heç kim azad deyil".