Həmas:
Düşmən əsirlərinin cəsədlərinin təhvilində ciddiyik
Bütün düşmən əsirlərinin cəsədlərinin aşkar edilib, təhvil verilməsində ciddiyik. Bunu, Qəzzə zolağında Həmas hərəkatının sədri deyib.
Xəlil Əlhəyyə qeyd edib ki: Sionist əsirlərin cəsədlərinin çıxarılması çox çətinliklə həyata keçirilir, amma, bu istiqamətdəki səyləri davam etdiririk.
Atəşkəs razılaşmasının icrasına və digər fələstinli qruplarla razılaşdırılmış məsələyə sadiqik- deyə, Əlhəyyə söyləyib.
Həmas hərəkatının sədri Qəzzə əhalisinin ehtiyaclarının təmin edilməsi üçün yardımların miqdarının artacağına ümid etdiklərini bildirib.
Vasitəçilərdən və Amerika prezidentindən eşitdiklərimiz, bizi, Qəzzədə müharibənin başa çatdığına əmin edir- deyən Əlhəyyə qeyd edibdir ki: Böyük beynəlxalq aksiyalar və Amerika prezidenti, Qəzzədə müharibənin bitdiyini təsdiq ediblər.