Nəsrullah və Səfiəddinin müqavimət irsini qoruyacağıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423296-nəsrullah_və_səfiəddinin_müqavimət_irsini_qoruyacağıq
Livan parlamentində “Müqavimətə sədaqət” fraksiyasının yüksək vəzifəli üzvü Əli əl-Miqdad vurğulayıb ki, müqavimət liderlərinin şəhid olması məğlubiyyət demək deyil və Livan cəmiyyəti hələ də fədakarlığa hazırdır.
(last modified 2026-09-27T14:56:19+00:00 )
Sen 27, 2026 18:54 Asia/Baku
  •  Nəsrullah və Səfiəddinin müqavimət irsini qoruyacağıq

Livan parlamentində “Müqavimətə sədaqət” fraksiyasının yüksək vəzifəli üzvü Əli əl-Miqdad vurğulayıb ki, müqavimət liderlərinin şəhid olması məğlubiyyət demək deyil və Livan cəmiyyəti hələ də fədakarlığa hazırdır.

O, Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiəddinin şəhadətinin ikinci ildönümü ilə bağlı keçirilən mərasimdə deyib ki, düşmənin təcavüzlərinə və törətdiyi dağıntılara baxmayaraq, müqavimət cəmiyyəti fədakarlığa hazır olduğunu bir daha nümayiş etdirir.Əl-Miqdad Hizbullahın şəhid liderləri ilə əhd-peymanlarını təzələyərək, onların irsini qoruyacaqlarını və müqavimət yolunu davam etdirəcəklərini bildirib.