Yəməndən Səudiyyəlilərə Xəbərdarlıq: Sənada nə əksəniz, Ər-Riyadda onu biçəcəksiniz!
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423898-yəməndən_səudiyyəlilərə_xəbərdarlıq_sənada_nə_əksəniz_Ər_riyadda_onu_biçəcəksiniz!
Yəmənli bir rəsmi şəxs Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək, bildirib ki, Yəmənin coğrafiyası amansızdır və bu ölkəyə qarşı atılan addımlar Ər-Riyad üçün əks nəticələr doğuracaq.
(last modified 2026-11-16T08:51:11+00:00 )
Noy 14, 2026 12:49 Asia/Baku
  • Yəməndən Səudiyyəlilərə Xəbərdarlıq: Sənada nə əksəniz, Ər-Riyadda onu biçəcəksiniz!

Yəmənli bir rəsmi şəxs Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək, bildirib ki, Yəmənin coğrafiyası amansızdır və bu ölkəyə qarşı atılan addımlar Ər-Riyad üçün əks nəticələr doğuracaq.

Yəmənlilər Səudiyyə Ərəbistanının həyati əhəmiyyətli obyektlərinə qarşı hücumlarını davam etdirərək, hava limanları və neft infrastrukturundan tutmuş Ərəbistanın maliyyə mərkəzlərinə qədər güclü zərbələr endirdiyi bir vaxtda, Yəmənin danışıqlar qrupunun üzvü Əbdülməlik əl-Əcri dünən gecə verdiyi açıqlamada bildirib: "Səudiyyə Ərəbistanının Yəməndəki böhrana əlavə edəcəyi hər hansı siyasi, iqtisadi və ya təhlükəsizliklə bağlı çətinliklər əks nəticə verəcək və Ər-Riyad üçün ciddi təzyiq mənbəyinə çevriləcək".Əl-Əcri Səudiyyə rejiminə xitabən vurğulayıb: "Sənada nə əksəniz, Ər-Riyadda onu biçəcəksiniz. Səudiyyə Ərəbistanının Yəməndəki böhranı daha da gərginləşdirmək cəhdləri əks nəticə verəcək; bu, Səudiyyənin təhlükəsizliyini daha da sarsıdacaq və iqtisadiyyatı üzərində uzunmüddətli təzyiq yaradacaq".