"AB Mets-Yegern qurbanlarının xatirəsini həmişə ehtiramla yad edir"
Avropa Birliyinin Ermənistandakı Nümayəndəliyinin başçısı Andrea Viktorin "böyük faciə" kimi xarakterizə etdiyi 1915-ci il hadisələrində ölmüş ermənilərin hər zaman ehtiramla yad ediləcəklərini vurğulayıb.
SəhərAzəri xəbər verir, Erməni mənbələrinin məlumatına əsasən, xanım Viktorin bəzi mediaların tənqidlərinə cavab olaraq deyib ki, Avropa Birliyi beynəlxalq normalara və insan haqları prinsiplərinə uyğun olaraq ermənilərin yaşadıqları taleyə biganə qala bilməz. Bu mövqeyi İttifaqın xaricə məsələlər üzrə koordinatoru Cozef Borreldə son günlər ifadə etdi və keçmişdə baş vermiş vəhşilikləri unutmağın mümkün olmadığını söylədi.
Onun sözlərinə görə, Avropa Birliyi erməni xalqının Osmanlı İmperiası tərəfindən qəddarlıqla üzləşməsini və qətliamlara məruz qalmasını unutmayacaq və onun inkar edilməsinə yol verməyəcəkdir.
Qeyd edək ki, qondarma erməni soyqırımı indiyədək daha çox avropalılar tərəfindən tanınıb və 14 Avropa ölkəsinin parlamenti bu barədə qərar qəbul edib.
Həmin ölkələr Azərbaycan Respublikasının yaxın tarixdə yaşadğı Xocalı soyqırıma münasibət bildirməkdən və hüquqi qiymət verməkdən boyun qaçırırlar.