İyun 06, 2020 08:29 Asia/Baku
  • Ermənistanda koronavirusla bağlı vəziyyət həyəcan doğurmağa başlayır

Ermənistanda koronavirusla bağlı vəziyyət həyəcan doğurmağa başlayır, ölkədə təsdiqlənmiş virusa yoluxma hallarının ümumi sayı 12 minə yaxınlaşır.

SaharAzeri xəbər verir, Daxil olan məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan keçirilən testlərin son nəticələrini "bəd xəbər" kimi təqdim edib.

Onun sözlərinə görə, təkcə bir günün ərzində testlər nəticəsində yeni 697 yoluxma halı aşkar edilib. Bu, o deməkdir ki, elə bir vəziyyət yaranıb ki, bizim tibb müəssisələri müalicəyə ehtiyacı olan pasientləri qəbul etməyə qadir deyil.

Ermənistan Səhiyyə Nazirliyinin 5 iyunun səhərə olan məlumatına görə, bu günədək keçirilən testlər nəticəsində Covid-19-a yoluxma hallarının təsdiqlənmiş ümumi sayı 11817-yə çatıb. Gün ərzində daha 547 yoluxma halı aşkar edilib.

Qeyd edək ki, Koronavirus pandemiyası ilə bağlı Ermənistanda martın 16-da elan edilmiş fövqəladə vəziyyətin müddəti aprelin 13-dən sonra iki dəfə 30 gün uzadılıb. Lakin martın 24-dən sonra azad hərəkət etmək və müəyyən iqtisadi fəaliyyət qadağaları ləğv edilib.

Baş nazir hesab edir ki, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra vətəndaşlar "həddən çox arxayınlaşıb", karantin qaydalarına riayət etməyib, əksinə "məsuliyyətsiz hərəkətləri ilə" virusun daha intensiv yayılmasına şərait yaradıb.

Teqlər