Paşinyan Ermənistanın böhranla üzləşdiyini deyib
https://azeri.sahartv.ir/news/qafqaz-i363096-paşinyan_ermənistanın_böhranla_üzləşdiyini_deyib
Ermənistanın Baş Naziri koronavirusla bağlı ölkədə böhranın olduğunu etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2020 04:32 Asia/Baku
  • Paşinyan Ermənistanın böhranla üzləşdiyini deyib

Ermənistanın Baş Naziri koronavirusla bağlı ölkədə böhranın olduğunu etiraf edib.

SaharAzeri xəbər verir, Sputnik Xəbər Agentliyinin məlumatına əsasən, Nikol Paşinyan pandemiyanın yayılması üzündən ölkənin böhranla üzləşdiyini təsdiqləyib. "Bunda bizim hamımız günahkarıq. Həm hökuməti, həm də xalqı nəzərdə tuturam. Bizim hamımız epidemiya əleyhinə qaydalara riayət etməmişik. Mənim özüm də günahkaram, bunu koronavirusa yoluxmağım sübut edir". Sitatın sonu.

 Nikol Paşinyan həmçinin ölkədə koronavirus infeksiyası barədə dezinformasiyaların mənbələrinin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına işçi qrup yaratmağı tapşırıb. 

Məlumata əsasən, qrup xarici kəşfiyyat orqanlarının koronavirusla bağlı feyk məlumatlara aidliyinin olmasını müyyənləşdirməli və respublikada öz maraqları və ya kriminal maraqlara görə bu cür məlumatların maliyyələşməsini həyata keçirə biləcək dairələrin olub-olmamasını araşdırmalıdır.

Paşinyan eyni zamanda vurğulayıb ki, bir sıra adamlar Ermənistanda hökumətə inam böhranı yaratmaq istəyirlər.

 Ermənistan Səhiyyə Nazirliyinin dünənki açıqlamasında bildirilib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 min nəfəri keçibdir. Virusdan ölənlərin sayı isə 260 nəfərə çatıb.